Bakı. Trend:
Dekabrın 9-da Qubada 3.3 və bu gün Xəzər dənizində isə 3.8maqnitudalı zəlzələlər baş verib. Hər iki zəlzələ ölkəmizin seysmikaktiv zonalarında qeydə alınıb və bu, təbii haldır. Azərbaycanərazisi, o cümlədən Xəzər dənizi, seysmik cəhətdən aktiv bölgələrhesab olunur. Belə ərazilərdə zaman-zaman 3 və daha aşağımaqnitudalı zəif zəlzələlər baş verir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika SeysmolojiXidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan zəlzələlər güclü olmayıb və təhlükəyaratmayıb.
"Qubada baş verən təkan ümumiyyətlə hiss olunmayıb və əhalidənarahatlığa səbəb olmayıb. Bu səbəbdən hər hansı narahatlığaehtiyac yoxdur.
Eyni zamanda, qeyd olunmalıdır ki, zəlzələlərin dəqiq proqnozuelmi cəhətdən mümkün deyil. Kiçik təkanlardan çıxış edərək, konkrettarix və saatla güclü zəlzələ gözlənildiyini söyləmək əsassızdır.Azərbaycanda fəaliyyət göstərən seysmik stansiyalar hər günmaqnitudası 3-ə çatmayan, əhali tərəfindən hiss olunmayan çoxsaylıtəkanlar qeydə alır. Bu təkanlar seysmik aktiv bölgələr üçün normalvə gözlənilən hal hesab olunur. Hazırda narahatlığa əsas yoxdur",məlumatda vurğulanıb.