Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnaməalmaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 23-dənövbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlətİmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaqistəyənlərin məlumatları təqdim olunub.
Trend xəbərverir ki, DİM məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər 11 dekabr saat 11:00-dan 17 dekabrsaat 23:59-dək qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-ininternet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet”yaratmalı və göstərilən vaxtadək “Taksiminik avtomobillərinin sürücülərinin etik davranış və avtomobilnəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqiaktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə testimtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsiləqeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesabalazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlaryuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştiraketmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavəetməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyənnamizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakışəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncəşəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdəkeçiriləcəkdir. Namizədlər “İmtahana buraxılış vərəqəsi”niqeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmışDİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrinçapı" xidməti vasitəsilə çap edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanınamizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı iləsərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dairAzərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyitərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinətəsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanımüvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətindəetibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.