AZ

Britaniyada “Type-31” sinifli 3-cü freqat hazırlanır

Dekabrın 9-da Babcock International Group şirkəti Şotlandiyada yerləşən Rosyth gəmiqayırma zavodunda Britaniya Kral Donanması üçün nəzərdə tutulmuş “Type-31” sinifli 3-cü freqatın təməlqoyma mərasimini keçirib.

Herbiand.az bildirir ki, gəmi “Formidable” adlandırılıb.

“Type-31” freqatları təxminən 140 metr uzunluğundadır. Freqatların 32 hüceyrəli şaquli buraxılış sistemi, Norveçin Konsberg şirkətinin 16 NSM gəmi əleyhinə raketi, İtaliyanın Leonardo qrupundan 76 mm-lik top, 35 mm və 12,7 mm-lik artilleriya sistemləri və 324 mm-lik torpedo boruları ilə silahlanması planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
167
herbiand.az

1Mənbələr