AZ

Azərbaycanlı barda videozəng üstündə iki qardaşı BIÇAQLADI - FOTO/VİDEO

Rusiyanın Orenburq vilayətinin Dzerjinski rayon məhkəməsi iki nəfərə ağır bədən xəsarəti yetirməkdə təqsirli bilinən 34 yaşlı Azərbaycan vətəndaşı barədə hökm elan edib.
 
Moderator.az Lent.az-a istinadla bildirir ki, onun məhkəmə qarşısına çıxmasına səbəb olan hadisə fevralın 23-də baş verib. Həmin gün o,(44 və 43 yaşlı kişiləri bıçaqlayıb.
 
Zərərçəkənlər qardaşdırlar. Onların sözlərinə görə, barda bir kişi ilə aralarında mübahisə yaranıb. Azərbaycanlı müəssisənin foyesindəki dava zamanı qardaşlara qarın nahiyəsindən dəfələrlə bıçaq zərbələri vuraraq hadisə yerindən qaçıb.
 
Cinayət-axtarış şöbəsinin əməkdaşları təcavüzkarın kimliyini müəyyənləşdirdikdən sonra onun hərəkət marşrutunu izləyiblər və avtomobil barədə məlumatı Akbulak rayonundakı həmkarlarına ötürüblər. Həmin rayonda Rosqvardiyanın OMON əməkdaşları ilə birgə keçirilən əməliyyat zamanı kişi saxlanılıb və daha sonra Orenburqa gətirilib.
 
Kişi isə istintaqa öz versiyasını danışıb. O bildirib ki, videobağlantı vasitəsilə qohumları ilə danışırmış və ətrafdakı vəziyyəti çəkirmiş, bu da zərərçəkənlərin xoşuna gəlməyib. Bıçaqlanma hadisəsindən sonra ciddi problemlərinin olacağını anlayan azərbaycanlı vağzala gedib və taksi sürücüsü ilə 8 min rubl müqabilində onu Qazaxıstan ərazisinə aparması barədə razılaşıb.
 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 il müddətinə ciddi rejimli müəssisədə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Zərərçəkənlərin mülki iddiaları isə qismən təmin olunub.
 
Hökm hələ qüvvəyə minməyib və ona qarşı apellyasiya şikayəti vermək mümkündür

Seçilən
11
3
moderator.az

5Mənbələr