“Bu il artıq iki rəsmi nümayəndə heyətimiz Azərbaycana səfər edib. Əminəm ki, Azərbaycan nümayəndə heyətləri yaxın vaxtlarda Ermənistana səfər edəcəklər”.
Azreform.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, bu il Azərbaycan üzərindən Ermənistana qatar daxil olub. “Mətbuatda oxumuşam ki, neft məhsullarının idxalı məsələsi də müzakirə olunur. Biz son nəticədə bu siyasətdə uğur əldə etmişik. Niyə biz bu uğurdan əl çəkməliyik? Biz fəaliyyətimizi bunun üzərində qurmalıyıq”, - Paşinyan vurğulayıb.
Mürtəza