AZ

ABŞ generalı: “ İranın Yaxın Şərqdəki niyyətləri hələ də narahatlıq doğurur”

Dünən ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn İranın Yaxın Şərqdəki niyyətlərini narahatlıq doğuran məsələ kimi dəyərləndirib.

Vətəninfo.az xəbər verir ki, general vurğulayıb ki, ABŞ sürətlə dəyişən müasir hərbi texnologiyalar sahəsində üstünlüyünü qorumağa borcludur: “Texnologiya dəyişir və ABŞ bu yarışda geridə deyil, irəlidə olmalıdır”.

O, Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışını “siyasi xarakter daşıyan məsələ” kimi dəyərləndirib və NATO ilə Vaşinqtonun hərbi münasibətlərinin müsbət olduğunu bildirib. Keyn çıxışının sonunda İranın bölgədəki fəaliyyətlərinin ABŞ üçün narahatlıq yaratdığını bir daha vurğulayıb.

Seçilən
40
2
veteninfo.az

3Mənbələr