AZ

Naxçıvanda əsas kapitala 204 milyon 18 min manat vəsait yönəldilib

Naxçıvan, 11 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 204 milyon 18 min 500 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 45,4 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, istifadə olunmuş vəsaitin 72 milyon 963 min 400 manatı və ya 35,8 faizi məhsul istehsalı sahələrinə, 48 milyon 857 min 300 manatı və ya 23,9 faizi xidmət sahələrinə, 82 milyon 197 min 800 manatı və ya 40,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 146 milyon 392 min 400 manatı və ya 71,8 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz çoxdur.

Seçilən
77
azertag.az

1Mənbələr