Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Real Madrid”lə adı hallanan Joze Mourinyo iddialar barədə danışıb.
Metbuat.az xəbər verir ki, o, iddiaları təkzib edib. Jurnalistin, “Geri dönüş ehtimalı varmı?” sualına Mourinyo, “Bu mövzunu bağlamağa ehtiyac yoxdur. Çünki onsuz da bağlıdır. Mövzunu bağlayan mənəm, açan isə sizsiniz”, - deyə cavab verib.
Qeyd edək ki, “Real” azarkeşləri Joze Mourinyonun geri qayıtması üçün çağırış etmişdi. "Real Madrid"in İspaniya La liqasında "Selta Vigo"ya 2-0 hesabı ilə uduzmasından sonra Xabi Alonsonun istefaya göndərilə biləcəyi barədə iddialar dərc edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.