AZ

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq

Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılır. Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov bildirib ki, tütündən hazırlanan siqaretə alternativ olan digər tütün məmulatları üzrə aksiz vergilərinin artırılmasına dair təkliflər hazırlanıb.

"Belə ki, yerli istehsalı əsaslanan və idxal olunan ənənəvi siqaretlər üzrə aksiz dərəcələrinin artırılması tamamilə idxaldan asılı olan və kifayət qədər də aşağı aksiz dərəcəsinə malik bir sıra alternativ tütün məmulatlarının istifadəsinin çoxalmasına və minimal qiymətlər səbəbindən onların bazar payının kəskin artması, çoxalmasına gətirib çıxara bilər. Bu baxımdan, tütün məmulatları bazarının həmin seqmenti üzrə aksiz dərəcələrinə yenidən baxılması zərurəti yaranıb. Birincisi, bura alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar daxildir.

Bu məhsullar üzrə aksizin min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılması təklif olunur. İkincisi, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlərdir. Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılması təklif olunur”.

Bəs görəsən, aksiz dərəcələrinin artırılması siqaretlərin və ya elektron siqaretin qiymətinə necə təsir edəcək?

Ölkə.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov "Unikal"a açıqlamasında bildirib ki, aksiz dərəcələrinin artırılmasının həm siqaret, həm də elektron siqaretlərin xərcinə təsir edəcəyi gözlənilir.

Onun sözlərinə görə, nəticə etibarı ilə aksiz dərəcəsi artırsa, bu, həmin məhsul üzrə daha çox vəsaitin ödənilməsinə və xərcin artmasına gətirib çıxarır:

"Gözlənilir ki, aksiz dərəcəsi artırılan siqaret və elektron siqaretlərin qiymətlərində artımlar olacaq. Onların xərcinin artması səbəbindən qiymət artımlarının olacağı gözləniləndir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ondan ibarətdir ki, siqaret və elektron siqaretlərə əlçatanlığın azaldılması həyata keçirilsin. Bu insan sağlamlığına ziyan olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatı bu məhsullardan az istifadəni və istifadə etməməyi tövsiyə edir. Bütün hallarda xərcin artması həmin məhsulların qiymətlərində artımlarla müşahidə oluancaq", - deyə deputat vurğulayıb.

Seçilən
3
8
olke.az

10Mənbələr