AZ

Moskvaya kütləvi dron hücumu 4 hava limanında uçuşlar dayandırıldı FOTO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna ordusu dekabrın 11-nə keçən gecə Rusiyanın Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum həyata keçirib.Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.Bildirilib ki, gecə ərzində Rusiyanın hava hücumundan müdafiə vasitələri region üzərində 40 PUA zərərsizləşdirib.Həmin dronlardan 32-nin paytaxt istiqamətində uçduğu qeyd olunub.Bununla yanaşı, gecə Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb. Bakı vaxtı ilə təqribən saat 09:00-da aeroportların işi fəaliyyətini bərpa edib.Dağıntı və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
8
bizim.media

9Mənbələr