AZ

Muxtar respublikanın xarici ticarət dövriyyəsində ixracın payı 31,6 faiz artıb

Naxçıvan, 11 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 113 milyon 277 min 120 ABŞ dolları təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ticarət dövriyyəsinin 12 milyon 780 min 860 dollarını və ya 11,3 faizini ixrac olunmuş məhsulların, 100 milyon 496 min 260 dollarını və ya 88,7 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 1,3 faiz, o cümlədən idxal 4,3 faiz azalıb, ixrac isə 31,6 faiz artıb.

Seçilən
29
azertag.az

1Mənbələr