AZ

Ukrayna Xəzər dənizində azərbaycanlı iş adamının obyektini vurdu

BAKI, 11 dekabr. TELEQRAF

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi əməliyyat mərkəzinin qırıcıları Rusiyanın “Lukoyl-Nijnevoljskneft” şirkətinə məxsus Filanovski neft hasilatı platformasına PUA-larla zərbələr endirib, onlarla quyuda neft hasilatı dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə UNIAN Ukrayna xüsusi xidmət orqanlarına istinadla məlumat verib.

Bildirilir ki, bu, Ukraynanın Xəzər dənizində neft hasilatı ilə bağlı Rusiyanın infrastrukturuna ilk hücumudur:

“Dəniz platformasına ən azı dörd zərbə qeydə alınıb. Hücum nəticəsində onun xidmət göstərdiyi 20-dən çox quyudan neft-qaz hasilatı dayanıb”.

Seçilən
49
2
teleqraf.com

3Mənbələr