Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Sabah" klubunun sabiq baş məşqçisi Vasili Berezutskinin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, rusiyalı çalışdırıcı “Ural” klubunun yeni baş məşqçisi təyin olunub.
Yekaterinburq klubu bu barədə rəsmi "Telegram" kanalı üzərindən məlumat yayıb.
Rusiya millisinin sabiq futbolçusu bundan əvvəl “Vitess”, “Krasnodar”, CSKA və “Şanxay Şenxua”nın məşqçilər korpusunda çalışıb. 43 yaşlı mütəxəssis 2024-2025-ci illərdə Azərbaycanda "Sabah"ı çalışdırıb və Azərbaycan kubokunu qazanıb.
"Ural" Rusiya Birinci Liqasında 21 turdan sonra 41 xal toplayaraq turnir cədvəlində ikinci yerdədir. Liderdən 7 xal geri qalan, əsas izləyicisini isə 5 xal qabaqlayan Yekaterinburq təmsilçisi Premyer Liqaya yüksəlməyə əsas namizədlərdəndir.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.