Mia.az saytına istinadən ain.az xəbər verir.
Myanmada hərbçilərin xəstəxanaya hücumu nəticəsində ən azı 30 nəfər həlak olub.
Banqladeşlə sərhəddə yerləşən Rakhayn ştatının Mrauk-U şəhərindəki mərkəzi xəstəxanaya təyyarə ilə zərbə endirilib.
"Vəziyyət dəhşətlidir. Hazırda 31 nəfərin ölümünü təsdiq edə bilərik və bu rəqəmin artacağı gözlənilir. Həmçinin 68 yaralı var və onların da sayı artacaq", - hadisə yerində olan humanitar təşkilatın əməkdaşı bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.