AZ

“Ayaks” “Qarabağ”la oyunda ilkə imza atdı

Niderlandın “Ayaks” klubu UEFA Çempionlar Liqasında ilkə imza atıb.

Msport.az xəbər verir ki, Amsterdam komandası buna əsas mərhələnin VI turunda “Qarabağ”la oyunda nail olub.

“Ayaks” tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirindəki matçın start heyətində iki 17 yaşlı futbolçuya şans verib. Yorti Mokio və Şon Styor ilk “11-lik”də yer alıblar.

Qeyd edək ki, “Qarabağ” sözügedən matçda rəqibinə 2:4 hesabı ilə uduzub.

Seçilən
14
2
msport.az

3Mənbələr