AZ

Azərbaycanda əhalinin yanacaq xərcləri 7% dən çox artıb

ain.az bildirir, Banco.az portalına istinadən.

Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 521,3 mln. manat xərclənib.

Dövlət Statistika Komitəsi verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrünün göstəricisini 7,7% üstələyib.

Xatırladaq ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 mlrd. 423,1 mln. manat xərclənib, bu da illik müqayisədə 5,5% çoxdur.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
8
banco.az

9Mənbələr