AZ

İsraillə turizm əlaqələri inkişaf etdirilir

ain.az, Azvision saytına istinadən bildirir.

Sammit çərçivəsində keçirilən və 350-dən çox turizm sənaye nümayəndəsini bir araya gətirən konfransda Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov çıxış edərək iki ölkə arasında turizm əlaqələrinin inkişafı istiqamətində mövcud əməkdaşlıq imkanlarını vurğulayıb. Tədbirin davamı olaraq təşkil olunan turizm festivalında ölkəmizin milli mətbəx nümunələri təqdim edilib. Sammit çərçivəsində İsrailin turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilib. Qeyd edək ki, 2025-ci ilin 11 ayı ərzində İsraildən Azərbaycana səfər edən ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 59 917 nəfərə çatıb.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
6
azvision.az

7Mənbələr