AZ

İcra başçısı şəhid Rəhim İmamovun ailəsini ziyarət edib

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mütəmadi olaraq şəhid və qazi ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır, problemlərinin həllinə köməklik göstərir.

Gununsesi.info bildirir ki, Elnur Rzayev növbəti dəfə Xaspoladoba kəndində Vətən müharibəsi şəhidi İmamov Rəhim Rauf oğlunun ailəsini ziyarət edib, sosial qayğıları ilə maraqlanıb.

Şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib. Bildirib ki, qəhrəman oğullarımızın şücaəti Vətən torpaqlarının azadlığa qovuşmasında mühüm rol oynayıb və onların döyüş meydanındakı igidliyi gələcək nəsillərə örnəkdir.

Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Rəhim İmamovun atası Rauf İmamov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
4
icma.az

5Mənbələr