Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.
Doğru.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli 0,09 dollar və ya 0,14 faiz enərək 65,23 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
DOĞRU.AZ