AZ

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

Müzakirədə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 37, 71 və 149-cu maddələrinin müvafiq hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusuna baxılaraq, plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 29-na təyin edilmiş iclasında baxılacaq.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
4
xalqqazeti.az

7Mənbələr