AZ

Qısa videolar beyni çürüdür Həkimdən XƏBƏRDARLIQ

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Son dövrlərdə Reels, Shorts və digər qısa video formatlarının uzunmüddətli izlənməsi bir çox nevroloji və psixoloji problemlərə yol aça bilər. Bu videolar xüsusilə stres və həyəcanverici məzmun daşıyırsa, insanlarda narahatlıq, diqqət, yaddaş zəifliyi və yuxu pozuntuları kimi fəsadlara səbəb ola bilər”.Bunu nevroloq, baş həkim Röyanə Quluzadə Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, qısa videoların beyində alışqanlığa səbəb olur:“Bu videolar beyində tez-tez dopamin ifrazını stimullaşdırır. Bu isə asılılıq yaradır. Beyin daima dopamin dozası almağa öyrəşir və nəticədə insan həmin tip qısa və sürətli məlumat axınını daim təkrar izləmək istəyir. Bu mexanizm alkoqol və nikotin asılılığına bənzəyir. Eyni zamanda, bu tip videolar insan beyninin uzunmüddətli fokuslanma qabiliyyətini zəiflədir. Xüsusilə məktəb yaşlı uşaqlar arasında diqqət yayınmaları və öyrənmə çətinliklərinin artmasına səbəb ola bilər. Uzun müddət davam edən diqqət pozuntusu isə qısa müddətli yaddaşın zəifləməsinə, daha sonra isə uzunmüddətli yaddaşın pozulmasına gətirib çıxarır”.Həkim diqqətə çatdırıb ki, digər vacib məsələ isə ekran şüalarının (xüsusilə mavi işığın) gözə və yuxu rejiminə mənfi təsiridir. Axşam saatlarında izlənən bu videolar melatonin hormonunun ifrazını azaldır. Nəticədə yuxuya getmək çətinləşir, insan keyfiyyətsiz və natamam yuxu alır, bu isə ertəsi gün yorğunluq və diqqət çatışmazlığına səbəb olur.  Bu zəncirvari proses beyində funksional pozuntulara diqqət, yaddaş və emosional sabitliyin zəifləməsinə gətirib çıxarır. Ona görə də qısa videoların izlənmə müddəti və tezliyi ciddi şəkildə tənzimlənməli, xüsusilə uşaqlar və yeniyetmələr bu zərərli vərdişdən qorunmalıdır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
demokrat.az

1Mənbələr