AZ

Albaniyada ölən gəncin cənazəsi bu gün vətənə gətiriləcək

Albaniyanın Dürres limanında işlədiyi gəmidə elektrik cərəyanı vurulması nəticəsində həyatını itirən 25 yaşlı Biləsuvar sakini Əvəz Cəfərovun cənazəsi bu gecə doğulduğu Biləsuvar rayonuna gətiriləcək.

Bizim.Media xəbər verir ki, dəfn mərasimi isə sabah kənd qəbiristanlığında keçiriləcək.

Bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Əvəz Cəfərov nənəsinin və dayısının himayəsində böyüyüb. 15 il əvvəl valideyinləri avtomobil qəzasında həlak olub.

Albaniyada baş vermiş hadisə ilə bağlı araşdırma davam edir.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
57
1
bizim.media

2Mənbələr