AZ

İsrail polisinin ukraynalı biznesmen Mindiçə sui qəsd cəhdi barədə məlumatı yoxdur

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrail polisinin ukraynalı biznesmen Timur Mindiçə qarşı sui-qəsd cəhdi barədə heç bir məlumatı yoxdur.

"Cebheinfo.az"xəbər verir ki, bu barədə “RBK-Ukraina” İsrail mediasına istinadən məlumat yayıb.

İsrail nəşrlərinə verdikləri şərhlərdə polis nümayəndələri bildiriblər ki, hazırda İsrail ərazisində olan Mindiçə qarşı hazırlanan və ya həyata keçirilən hər hansı sui-qəsd barədə məlumatları yoxdur.

İsrail polisinin mətbuat katibi Mixal Zingerman isə bildirib ki, hüquq-mühafizə orqanlarının hazırkı vaxta olan məlumatlarına görə, oliqarx Kolomoyskinin yaydığı iddiaları “təsdiq edən hər hansı sübut” yoxdur.

Qeyd edək ki, iş adamı İqor Kolomoyski məhkəmə zalında noyabrın 28-də adı korrupsiya qalmaqalında hallanan Timur Mindiçə qarşı sui-qəsd cəhdi olduğunu bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
2
cebheinfo.az

3Mənbələr