Meksika millisinin yeni baş məşqçisi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Rafael Markes DÇ-2026-dan sonra yığmaya rəhbərlik edəcək.
Mundial Meksika, Kanada və ABŞ-da keçiriləcək. Meksika A qrupunda Cənubi Afrika və Cənubi Koreya ilə oynayacaq.
Dördüncü rəqib isə Çexiya, İrlandiya, Danimarka və ya Şimali Makedoniya olacaq.
46 yaşlı Markes hazırda millidə köməkçi məşqçi kimi fəaliyyət göstərir.