AZ

Sürgün olunmuş aktivist süni intellektlə şantaj EDİLİR

Britaniyada sürgün olunmuş aktivist süni intellektlə şantaj edilir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Böyük Britaniyada yaşayan tanınmış çinli aktivisit Karmen Lau cinsi xarakterli təqib kampaniyasının hədəfinə çevrilib. Məlumata görə, onun qonşularına Çindən məktublar göndərilib.

Zərflərin içərisində Launun süni intellektlə hazırlanmış saxta çılpaq fotoları və guya intim xidmətlər təklif etdiyinə dair yalan məlumatlar yer alıb.

Qeyd edək ki, 30 yaşlı Karmen Lau dörd il əvvəl Honkonqdan qaçıb.

Britaniya polisi faktla bağlı araşdırmaya başlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
110
1
interpress.az

2Mənbələr