AZ

Komitə sədri QHT sədrini təbrik edib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanı yubileyi münasibəti ilə təbrik edib. Təbrik məktubunda QHT sədrinin uğurlu ictimai fəaliyyəti xüsusi vurğulanıb:
“Hörmətli Arzu xanım,
Sizi əlamətdar yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Vətəndaş cəmiyyətinin inkişafı, hüquqi maarifləndirmə və sosial təşəbbüslərin dəstəklənməsi sahələrində göstərdiyiniz fəaliyyət təqdirəlayiqdir.
Sizin rəhbərlik etdiyiniz “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi qısa müddətdə həyata keçirdiyi layihələrlə ictimai nüfuz qazanıb, özəlliklə gənclər, qadınlar və sosial həssas qruplar üçün maarifləndirmə təşəbbüsləri ilə fərqlənib. Hüquqi biliklərin artırılması, iqtisadi savadlılığın genişləndirilməsi və cəmiyyətin inkişafına xidmət edən müxtəlif layihələrin həyata keçirilməsi, sizin idarəçilik bacarıqlarınızın və sosial məsuliyyət hissinizin göstəricisidir.
İctimai sektorda ardıcıl və prinsipial fəaliyyətiniz, həmçinin regional təşəbbüslərin uğurla koordinasiyası ictimai faydalı əməkdaşlıq üçün geniş imkanlar açır. Sizin kimi enerjili, təşəbbüskar və dövlətçilik düşüncəsinə sadiq ictimai liderlərin fəaliyyəti vətəndaş cəmiyyətinin inkişafına önəmli töhfədir.
Bu əlamətdar gündə sizi bir daha təbrik edir, yeni uğurlar arzulayıram. Bundan sonra həyata keçirəcəyiniz layihələrin də ölkəmizdə hüquqi maariflənməyə, sosial tərəqqiyə və cəmiyyətin inkişafına yeni töhfələr verəcəyinə inanıram”.

Seçilən
12
qht.az

1Mənbələr