AZ

İtkin düşən balıqçıların axtarışına helikopter cəlb olundu

14:28 11.12.2025
14:28 11.12.2025

Astarada itkin düşdükləri ehtimal olunan balıqçıların axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən müxtəlif istiqamətlərdə davam etdirilir.

Mynews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb

Bildirilib ki, itkin düşdükləri hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışları ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri də axtarışlara cəlb olunub.


Seçilən
16
1
mynews.az

2Mənbələr