Rusiyanın bəzi həbsxana koloniyalarında məhbusların təxminən yarısı Mərkəzi Asiya ölkələrindəndir və onların əksəriyyəti ekstremist ideologiyanı dəstəkləyir.
Publika.az “Kommersant”a istinadla xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Yelena Ardabyeva məlumat verib.
Onun sözlərinə görə, əcnəbi məhbuslar Mordoviya, Tatarıstan , Krasnoyarsk və Perm vilayətlərindəki həbsxana koloniyalarında və ölkə üzrə “təxminən 15 digər islah müəssisələrində” məhkumların ümumi sayının təxminən 48 faizini təşkil edir.
Bu məqsədlə müəyyən kateqoriyadan olan məhbusların bir cəzaçəkmə müəssisəsindən digərinə köçürülməsini qadağan edən qanunvericilik dəyişikliklərinə başlanılıb.