AZ

Sabah ölkə üzrə hava əsasən yağmursuz olacaq

Dogru.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dekabrın 12-də ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz olacağı gözlənilir.

Doğru.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gecə və səhər bəzi yerlərdə yağış ehtimal edilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 6-9, gündüz 10-13 dərəcə isti olacaq.

Əksər rayonlarda hava yağmursuz keçəcək, yalnız bəzi şərq rayonlarında arabir yağıntı, dağlıq ərazilərdə isə qar gözlənilir. Ara-sıra duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək.

Rayonlarda temperatur gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
dogru.az

10Mənbələr