AZ

Florian Virts Məhəmməd Salahın “Liverpul”a qarşı münasibətinin səbəblərindən biri kimi göstərilir

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Florian Virts haqqında yayılan məlumatlar “Liverpul”un hücumçusu Məhəmməd Salahın klubla münasibətlərinə bir qədər işıq salıb.

İdman.Biz “Bild” nəşrinə istinadla xəbər verir ki, Salah klub daxilində Virtsə verilən “Liverpulun gələcəyi” statusundan narazıdır və bu hal onun mövcud kluba qarşı mənfi münasibətinin formalaşmasında rol oynayıb.

Mənbənin iddiasına görə, rəhbərlik Virtsi uzunmüddətli layihənin əsas simalarından biri kimi görür və bu yanaşma Salah tərəfindən öz rolunun azaldılması kimi qəbul edilib.

Son günlər Salahla klub rəhbərliyi arasında yaşanan fikir ayrılıqları, həmçinin ba. Məşqçi Arne Slot ilə münasibətlərin gərginləşməsi britaniya mediasında geniş müzakirə olunur.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
29
icma.az

10Mənbələr