İran Prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfər edib və Prezident Kasım-Jomart Tokayevlə danışıqlar aparıb.
KONKRET.az xəbər verir ki, Tokayev bildirib ki, İran arxivlərində qazax xalqının tarixi ilə bağlı mühüm sənədlər saxlanılır.
Artıq iki ölkənin alimləri Əl-Fərabinin irsinin birgə araşdırılmasına başlayıblar, həmçinin onun adına mədəni-tarixi kompleksin inşası planlaşdırılır.
Tokayevin sözlərinə görə, İran nümayəndə heyəti Qazaxıstana qədim əlyazmaların surətlərini təqdim edib. Bu fakt xalqlar arasında tarixi yaxınlığın göstəricisi kimi dəyərləndirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az