Müğənni Ülviyyə Namazova evindən oğurluq edildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Rəngarəng” verilişində danışıb.
Ülviyyə deyib ki, evindən 5 min manat pul oğurlanıb:
“Dostumdan xəyanət görmüşəm, evimdən pul götürüb. Bir az mədəni dedim, bəli, oğurlayıb. Beş min manat oğurladı. İnanmazdım ki, o götürər. Hadisədən 1 həftə sonra bildim. Dedi ki, anasının müalicəsinə lazım olub, özü mənə desə, bəlkə də verərdim. Yenə də münasibətimiz var, amma evimə buraxmaram”.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta