AZ

Dərsliklərdə daha bir nöqsan: Cümlənin əvvəlindəki Cavid sonda Sərdar oldu

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İbtidai sinif riyaziyyat dərsliyindəki bir məsələ şagirdlər və valideynlər arasında çaşqınlıq yaradıb.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib.

Məsələdə eyni şəxsə aid cümlənin əvvəlində “Cavid”, sonunda isə “Sərdar” adı göstərilib. İstifadəçilər bu uyğunsuzluğu dərsliklərin redaktə prosesində ciddi nöqsan kimi qiymətləndirir və belə səhvlərin şagirdlərdə çaşqınlıq yarada biləcəyini bildirirlər.

Valideynlər şikayət edirlər ki, dərsliklərin hazırlanması zamanı redaktə və yoxlama prosesi daha diqqətlə aparılmalı, müəllimlər üçün əlavə izah materialları təqdim olunmalıdır. 

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
91
2
redaktor.az

3Mənbələr