AZ

Fətəli Xan Xoyskinin 150 illiyi Filarmoniyada qeyd edildi

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

M.Maqomayev adına Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycanın görkəmli dövlət xadimi Fətəli Xan Xoyskinin 150 illiyinə həsr olunmuş konsert keçirilib.

Kulis.az xəbər verir ki, musiqili gecədə İlahə Hüseynovanın dirijorluğu, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xorunun müşayiəti ilə solistlər - Əməkdar artistlər Almaz Orucova, Xəyyam Məmmədov (kamança) və Nurlana Abdullayeva, Nurlan Əzizbəyli, Rəvan Qaçayev, Fərid Əliyev, Rəvanə Qurbanova, Xatirə Kərimova (saz), Taleh Yəhyayev dinləyicilər qarşısında çıxış ediblər.

Konsertdə Üzeyir Hacıbəyli “Cəngi”, Polad Bülbüloğlu “Şən Azərbaycan” və “Eşq və Ölüm” baletindən “Döyüşçülərin rəqsi”, Emin Sabitoğlu “Dədə Qorqud” kinofilmindən mahnı, Azərbaycan xalq mahnısı “Ay Laçın”, Əlibaba Məmmədov “Xudayar təsnifi”, Niyazi “Vətən nəğməsi”, Dadaş Dadaşov “Gözəldir” və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

"Hər kəsin haqqı gücü qədərdir..." - Yəhudilər niyə Spinozanı öz icmalarından qovmuşdular?

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

Mən necə əl çəkim, ey nigar, səndən? - Günün mahnısı

Konsertdə səslənən hər bir musiqi parçası, bir tərəfdən sənətə, digər tərəfdən isə dahi şəxsiyyət Fətəli Xan Xoyskinin xatirəsinə ehtiramın səsi olub.

"Hər kəsin haqqı gücü qədərdir..." - Yəhudilər niyə Spinozanı öz icmalarından qovmuşdular?

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

Mən necə əl çəkim, ey nigar, səndən? - Günün mahnısı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
2
kulis.az

3Mənbələr