AZ

Real Madrid dən son 22 ilin ANTİREKORDU

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının VI turunda keçirilən "Real Madrid" - "Mançester Siti" (1:2) qarşılaşmasında madridlilər rəqib qapısı istiqamətində 16 zərbə endiriblər ki, onlardan cəmi biri qapı çərçivəsinə doğru gedib.

Redaktor.az "The Touchline" istinadən xəbər verir ki, bu, 2003/04 mövsümündən bəri "Real Madrid"in "Santyaqo Bernabeu"da yalnız bir zərbəsinin qapı çərçivəsinə düşdüyü ilk haldır.

Qeyd edək ki, "Real Madrid" klubunun heyətində Rodriqo 28-ci dəqiqədə qol vurub. "Mançester Siti"də isə Niko Orayli və Erlinq Holand müvafiq olaraq 35-ci və 43-cü dəqiqələrdə fərqləniblər.

Xatırladaq ki, "Real Madrid" son səkkiz oyununda cəmi iki dəfə qalib gəlib, üç dəfə məğlub olub, daha üç matçda isə heç-heçə qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
2
redaktor.az

3Mənbələr