AZ

Azərbaycanlı futbolçu Rusiya klubuna qayıtdı

Azərbaycanlı müdafiəçi Azər Əliyev “Yenisey” klubunun futbolçusu olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər mövsümün sonuna qədər müqavilə imzalayıblar.

31 yaşlı oyunçu ötən ilin yayında “Neftçi”dən ayrıldıqdan sonra azad agent statusunda idi. Əliyev 2013-2017-ci illər arasında da “Yenisey”in heyətində çıxış edib və klubla 89 oyunda 6 qol vurub.

Seçilən
26
publika.az

1Mənbələr