AZ

COP-dan qalan inventarlara görə anbar icarəyə götürülüb – 1 milyon manata


Dövlət Ehtiyatları Agentliyi “Cargo.az” MMC (VÖEN – 1501872711) şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, müqavilə COP29-da istifadə olunan aktivlərin və inventarların anbarda saxlanılması üçün anbar sahəsinin icarəyə götürülməsi ilə bağlıdır.
Dövlət Ehtiyatları Agentliyi “Cargo.az” MMC-yə bir il müddətində icarəyə götürüləcək anbar üçün 1 milyon 33 min 609 manat 20 qəpik ödəyəcək.
Seçilən
0
2
yeniavaz.com

3Mənbələr