AZ

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin görüşü keçirilib

Bakı. Trend:

ADA Universitetinin ikili diplom proqramları üzrə RəhbərKomitəsinin üzvlərinin builki növbəti görüşü noyabrın 26-sı baştutub.

Onlayn formatda keçirilən görüşdə Azərbaycan Respublikasının Elmvə Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyininnümayəndələri, həmçinin ADA Universitetinin prorektor, dekan vəprofessoları, və Corc Vaşinqton Universitetinin professor heyətiiştirak ediblər.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru ElkinNurməmmədov, İnformasiya Texnologiyaları və Mühəndislikfakültəsinin dekanı Abzətdin Adamov, Elm və təhsil nazirininmüşaviri Nicat Məmmədli və Təhsildə Keyfiyyət Təminatı Agentliyininİdarə Heyətinin sədri Tural Əhmədov, Dövlət Proqramının İdarəetməQrupunun rəhbəri Turan Topalova cari proqram yenilikləri və qarşıdaduran məsələlərdən bəhs ediblər.

Corc Vaşinqton Universitetinin Kompüter elmləri kafedrasınınsədri Rebeka Ha, Elektrik və kompüter mühəndisliyi kafedrasınınsədri Tarik Əl-Qazavi, eyni kafedranın sədr müavini Can Kormanproqramlara yeni tələbələrin cəlb olunması və universitetlərarasında müəllim işçi heyətinin mübadiləsi imkanlarını müzakirəediblər.

Tərəflər 2026-cı ildən yeni kurikulumun tətbiqi, doktoranturapilləsinə tələbə qəbulu, professor/müəllim heyətininixtisasartırması, ABŞ-yə səfərlərin planlaşdırılması kimiməsələlərə də toxunublar. Həmçinin, görüş zamanı Kompütermühəndisliyi və yüksək performanslı hesablamalar üzrə magistrproqramının növbəti illərdə dövlət proqramı çərçivəsindəmaliyyələşdirilməsinin perspektivləri müzakirə ediilib.

İkili diplom proqramı tələbələrinin akademik nailiyyətlərininmüqayisəsini və analizini aparan Rəhbər Komitə üzvləri bildiriblərki, gənclərin məzun olduqdan sonra ölkəmizdə peşəkar fəaliyyətləməşğul olmaları Kompüter elmləri, Data analitikası, eləcə dəElektrik və elektroenergetika mühəndisliyi üzrə daha çox kadrlarınyetişməsinə səbəb olacaq.

Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən CorcVaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində Kompüter Elmlərivə Data Analitikası, eləcə də Elektrik və Elektroenergetikamühəndisliyi üzrə ikili diplom magistr proqramları təqdim edir.“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalqrəqabətliliyinin artırılması üzrə “2019–2023-cü illər üçün DövlətProqramı” çərçivəsində maliyyələşdirilən bu proqramlara qəbuledilən 117 tələbədən 103-ü artıq təhsil müddətini tamamlayaraqməzun olub. Bu proqramlar vasitəsilə formalaşan uğurlu təcrübəyəəsaslanaraq ADA Universiteti müəllim heyətinin inkişafı üçün CorcVaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində ilk doktoranturaproqramına da start verib.

Məqalədə:
Seçilən
59
4
az.trend.az

6Mənbələr