"8-ci kilometr" bazarında YOXLAMA- NÖQSANLAR VAR
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, qida subyekti tərəfindən obyektdə aşkar olunan nöqsanlar əsasında tələb olunan tədbirlər icra olunaraq fəaliyyəti sağlamlaşdırılıb: "Belə ki, bazarda qanunsuz quş kəsimi ləğv edilib və dezinfeksiya işləri aparılıb, süd məhsullarının soyuducu vitrinlərdə saxlanılması, markalanması təmin olunub, satış piştaxtaları gigiyenik materiallardan təşkil edilib, işçilər dövri tibbi müayinədən keçib. Bildiririk ki, ərzaq bazarlarında aparılan monitorinqlərin əsas məqsədi istehlakçı hüquqlarının qorunması, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, eləcə də bazarlardakı nöqsanların aradan qaldırılması və onların sağlamlaşdırılmasıdır". 