AZ

İcra Başçısı ərazidə Yasamal sakinlərinin müraciətlərini dinlədi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün dekabr ayı üzrə növbəti səyyar qəbul keçirilib.

"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü  “Gənc istedadlar” liseyinin  akt zalında baş tutub və iki saata yaxın davam edib. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.  

Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə ediblər. Daha sonra Yasamal rayonunun sakinləri mənzil növbəsi, sosial evlər üçün müraciət, iş, əmək sənədləşməsi, Sovetski sakinlərinə ayrılan kompensasiya məbləği, qurumuş ağacların budanması, kommunal xidmətlərin apradığı qazıntı işlərinin fəsadları, yağıntıdan ziyan dəyən yaşayış binaları, hərbi qulluqçuların hüquqları  və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırıblar. 

İcra başçısı Elşad Həsənov iki saatlıq qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

Seçilən
31
10
unikal.az

10Mənbələr