AZ

Lukaşenko Venesuela səfiri ilə 17 gün ərzində ikinci dəfə görüşdü

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko 17 gün ərzində Venesuelanın Rusiyadakı səfiri Xesus Rafael Salazar Velazkeslə ikinci görüşünü keçirib.

Görüşlər ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün təzyiqləri artırdığı bir vaxtda baş tutub.

Reuters-in məlumatına görə, Maduro noyabrın 21-də Trampa ailəsi ilə birlikdə tam hüquqi əfv aldığı halda ölkəni tərk etməyə hazır olduğunu bildirib.

Belta agentliyi xəbər verir ki, Lukaşenko səfirə Maduronun Belarusda xoş qarşılanacağını deyib və Venesuela rəhbərliyi ilə koordinasiya tələb edən məsələlərin müzakirə olunduğunu bildirib. O, zərurət yaranarsa Maduronun da prosesə qoşula biləcəyini qeyd edib.

Reuters-in Lukaşenkonun ofisindən görüşlərin mahiyyəti və Belarusun Maduroya sığınacaq təklif edib-etməyəcəyi ilə bağlı sorğusuna cavab verilməyib.

ABŞ administrasiyası Maduronu qanuni prezident kimi tanımır və bu ay təzyiqləri daha da artırıb. Tramp Maduronun “günlərinin sayılı olduğunu” açıqlayıb. ABŞ eyni zamanda Belarusla dialoqu genişləndirərək sanksiyaların yumşaldılması istiqamətində addımlar atır.

Firuzə

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
icma.az

1Mənbələr