Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Piylənmə, şəkərli diabet və depressiya ayrı-ayrı diaqnozlar deyil, bir-biri ilə əlaqəli ümumi metabolik pozuntunun üç əsas halqasıdır.
Redaktor.az xəbər verir ki, bu haqda endokrinoloq Vladislav Barşadski aif.ru-ya danışıb.
Həkim bildirib ki, psixi proseslərlə metabolik mexanizmlər arasında əlaqə əvvəl düşünüləndən daha güclüdür. Onun sözlərinə görə, depressiya müxtəlif klinik əlamətlərlə özünü göstərə bilər, lakin bu vəziyyət həm diabetin yaranma riskini artırır, həm də metabolik pozuntunu işə salan təhlükəli ürək-damar xəstəliklərinin ehtimalını yüksəldir.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.