AZ

Çempionlar Liqasının favoritlər siyahısı yeniləndi

ain.az, Yeniavaz saytına istinadən bildirir.

“Opta” superkompüteri ümumi mərhələnin 6-cı turundan sonra Çempionlar Liqasının 2025/26 mövsümünün favoritlərini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, siyahıda ilk yeri İngiltərənin “Arsenal” klubu tutub.

“Opta” “Topçular”ın şansını 22,5% qiymətləndirib.

Superkompüterin Çempionlar Liqası tituluna əsas namizədlərini təqdim edirik:

1. “Arsenal” (İngiltərə) – 22,5%.

2. “Bavariya” (Almaniya) - 18,59%.

3. “Pari Sen-Jermen” (Fransa) - 13,56%.

4. “Mançester Siti” (İngiltərə) – 10,53%.

5. “Barselona” (İspaniya) - 6,66%.Qeyd edək ki, altı oyundan sonra Çempionlar Liqasının ümumi turnir cədvəlinə 18 xalla “Arsenal” başçılıq edir. “Bavariya” 15 xalla ikinci, “Paris Sen-Jermen" isə 13 xalla üçüncü yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
yeniavaz.com

2Mənbələr