AZ

Hazırda ölkədə nüvə təhlükəsinə hazırlıq yetərli deyil Hərbi ekspert

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hazırda davam edən Rusiya-Ukrayna müharibəsində, Avropa ölkələrinin də bu müharibəyə qoşulması ehtimalında nüvə silahından istifadə olunarsa, onun radiasiyası istər-istəməz Azərbaycan ərazisinə də çata bilər. Bu isə insanların sağlamlığı üçün ciddi təhlükə deməkdir.

Belə bir vəziyyətdə insanlar özlərini qorumaq üçün hansı addımlar atmalıdırlar və bu cür fövqəladə hallara qarşı hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, bunun üçün müvafiq qurumlar çoxdan iş görməli idilər:

"Maarifləndirmə işi aparılmalı, insanlara müəyyən izahat işləri görülməli idi. Təəssüflər olsun ki, bu gün bu iş bəlkə də sənədlərdə lazımi qaydada nəzərdə tutulub, amma əslində bu işlə bağlı hələ də çox böyük, problemli suallar mövcuddur. Sual isə ondan ibarətdir ki, sabah Çernobılda vaxtikən baş vermiş qəza kimi bir hadisə baş verə bilər və insanların metroda belə fərdi mühafizə, müdafiə vasitələri olmalıdır. Yəni əleyhqaz və ya digər müvafiq avadanlıqların olması vacibdir. Çox işlər var və təəssüflər olsun ki, bu gün Azərbaycanda bu sahədə boşluq mövcuddur"

Müsahibimizin sözlərinə görə, sığınaacqlar olmalıdır, insanlar orada bir həftə də qala bilərlər, bir ay da qala bilərlər:

"Onların hava, ərzaq, su və gigiyenik tələblərini ödəmək üçün şərait yaradılmalıdır. Bu, çox böyük məsələdir. Təəssüflər olsun ki, müvafiq qurumlar bu məsələyə barmaqarası yanaşırlar, amma mən tərəfdarıyam ki, məsələ ciddi şəkildə nəzarətə götürülsün. Nəzarətə götürülməyəcəyi təqdirdə problemlər yaşana bilər. Burada söhbət yalnız Bakıdan getmir, milyonluq şəhərlər nəzərə alınmalıdır. Gəncə, Sumqayıt və digər böyük şəhərlər, rayonlarda da müvafiq şöbələr mövcuddur. Məsələn, Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə şöbələri, rayon və şəhər şöbələri var. Onlar bu işlərlə məşğul olmalıdır".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
2
redaktor.az

3Mənbələr