"Bu il Qarabağda insana aid 50-ə yaxın sklet qalıqları aşkarlanıb və ailələrinə təhvil verilib".
Bunuaçıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun məhkəmə arxeologiyasının şöbə müdiri Akif Quliyev bildirib.
“Ümumilikdə 4 minə yaxın itkinimiz var. Onlardan 500 nəfərə yaxını aşkar edilib və laboratoriyaya göndərilib”, - Akif Quliyev qeyd edib.
O bildirib ki, bu il Kəlbəcər, Ağdərə, Xocavənd, Qubadlı, Zəngilan, Ağdam və s. ərazilərdə tədqiqat işləri aparılıb: “Əsasən şahid ifadələri ilə bağlı bu ərazilərdə tədqiqat aparmışıq. Tədqiqat zamanı sklet qalıqları ilə yanaşı, bütöv skletlər də aşkarlanıb”.