AZ

“Real” dörd futbolçusunu itirdi

“Real” La Liqanın 15-ci turundakı “Selta” ilə oyundan sonra dörd futbolçusunu itirib.

İdmanxeber.az xəbər verir ki, 0:2 hesabı ilə uduzulan matçda Fran Qarsiya və Alvaro Karreras qırmızı vərəqə alaraq komandanı 9 nəfər qoyublar.

İntizam Komitəsinin qərarına əsasən, kobud oyuna görə qovulan Karreras, hakimə etiraz zamanı təhqiramiz ifadə işlədən Dani Karvaxal və ehtiyat oyunçu olsa da qırmızı alan Endrik 2 oyunluq diskvalifikasiya alıblar. Fran Qarsiya isə 1 matçdan kənarlaşdırılıb.

“Real” növbəti turda 15 dekabrda səfərdə “Alaves”lə qarşılaşacaq.

Seçilən
26
idmanxeber.az

1Mənbələr