11 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin 3 milyon dollarlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 18.12.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2012019207
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 30 000 ədəd
İlkin ticarət qiyməti: 100 ABŞ dolları
İstiqrazların buraxılış həcmi: 3 000 000 ABŞ dolları
İllik gəlirlilik faiz: 9%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 24 ay
Ticarətə buraxılma tarixi: 18.12.2025
Anderrayter: “Unicapital İnvestisiya Şirkəti” ASC