AZ

Şeybani suriyalı qaçqınlardan danışdı

Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani, Suriyada Əsəd rejiminin devrilməsinin ildönümü münasibətilə keçirilən rəsmi qəbulda ölkənin əsas prioritetlərinin iqtisadiyyat, qaçqınların geri dönüşü və İsrailin yaratdığı təhlükəsizlik təhdidləri olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi Əsəd rejiminin devrilməsinin ildönümü münasibətilə Dəməşqdə səfirlər və xarici nümayəndəliklərin təmsilçiləri üçün geniş tərkibli qəbul təşkil edib.

Tədbirdə Türkiyənin Dəməşqdəki müvəqqəti işlər vəkili Burhan Köroğlu, eləcə də çox sayda ərəb və Aİ rəsmisi iştirak edib.

Çıxışı zamanı Şeybani Suriyanın qarşılaşdığı üç əsas məsələni - iqtisadi dirçəliş, qaçqınların geri dönüşü və İsrailin yaratdığı təhdidləri dilə gətirib.

Onun sözlərinə görə, müharibə nəticəsində yaranan dağıntılar xüsusilə infrastrukturda böyük ziyan törədib və ölkə iqtisadiyyatının tədricən bərpa olunmasına baxmayaraq, dirçəliş üçün yüksək enerji və ciddi investisiya tələb olunur.

O bildirib ki, Suriya bu gün yardım gözləyən bir ölkə deyil, əksinə ciddi investisiya imkanları təqdim edən bir bazardır:

“Suriyanın yenidən qurulması üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazırıq”.

Nazir qeyd edib ki, ölkədən kənarda yaşayan suriyalıların geri dönüşü ən vacib məsələlərdəndir və təhlükəsiz yaşayış şəraitinin yaradılması, münasib məskunlaşma imkanlarının təmin edilməsi və məşğulluq fürsətlərinin artırılması istiqamətində işlər davam etdirilir.

Təhlükəsizliklə bağlı Şeybani İsrailin Suriya ərazilərinə hücumlarının davam etdiyini və bunun regional sabitlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr