AZ

Həyətində 150 göyərçin saxlayan cütlüyə CƏRİMƏ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Böyük Britaniyanın Bakinhemişr qraflığında bir ailə həyətyanı sahəsində qanunsuz tikili inşa edərək orada 150 göyərçin saxladıqları üçün 8000 dollar məbləğində cərimələnib.

Redaktor.az bu barədə "Daily Mail"ə istinadla xəbər verir.

Məlumata görə, Rifat Bequm və Zahid Xan evlərinin yanında birmərtəbəli tikili qurub, lakin bunu yerli bələdiyyə ilə razılaşdırmayıblar. Sakinlər dəfələrlə həmin tikilidəki göyərçinlərin “daimi gurultulu səsi”, qanad çırpıntıları, pis qoxu və quş tullantılarının yandırılması səbəbindən şikayət ediblər.

Bələdiyyə tərəfindən tikilinin sökülməsinə dair xəbərdarlıq göndərilsə də, cütlük tələblərə əməl etməyib. 2024-cü ilin noyabrında aparılan yoxlama zamanı da qanunsuz tikilinin hələ də yerində olduğu və göyərçinlərin orada saxlandığı müəyyən edilib.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
127
1
redaktor.az

2Mənbələr