AZ

Güclü yağıntıların səbəbi açıqlanıb

Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarından başlayan leysan xarakterli yağış 10-u gün ərzində bəzi yerlərdə daha da intensivləşərək 11-i səhərədək fasilələrlə davam edib. Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.

Onun sözlərinə görə, ölkənin şərq ərazilərində və Abşeron yarımadasında yağıntılar digər bölgələrlə müqayisədə daha intensiv və güclü olub. Belə ki, yarımadaya düşən yağıntının ümumi miqdarı 44 millimetr olub, bu da aylıq iqlim normasının 149 faizini təşkil edir.

“Ümumi proses müddətində ən çox yağıntı Qobustan, Biləsuvarda 31, Şirvan və Neftçalada isə 28 millimetr olmaqla qeydə alınıb.” - deyə G. Abbasova vurğulayıb.

Seçilən
31
25
operativmm.az

10Mənbələr